Yeni il tətillərindən sonra arıqlamağın ən təsirli yolu doymuş yağların və əlavə edilmiş şəkərin istehlakını azaltmaqdır.
Redaktor.az xəbər verir ki, bu barədə diyetoloqlar bildirir.
Bitki və bitki çaylarından istifadə də çəki azaltmağına kömək ola bilər. Onların sözlərinə görə, insanlar gündəlik qida rasionunda həddindən artıq miqdarda ət və süd məhsulları, həmçinin əlavə şəkərdən çox istifadə edir. Buna görə də bayramdan sonra bu miqdar adi günlərə nisbətən azaldılmalı, bədənə boşalma imkanı vermək lazımdır.
Mütəxəssislər qeyd edir ki, doymuş yağların və şəkərin istehlakının artmasına və nəticədə ürək-damar xəstəliklərinin, şəkərli diabetin və piylənmə riskinin artmasına səbəb olur.
Türkan İSGƏNDƏRLİ