AZ

İbrahim Rəisinin öldüyü gün İranda milli gün kimi qeyd olunacaq

İranın sabiq prezidenti İbrahim Rəisi və onunla birlikdə olan məmurların helikopter qəzasında həlak olduğu gün ölkə təqvimində milli gün kimi qeydə alınıb.

Missiya.Az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, Rəisi, onunla birlikdə olan məmurlar və keçmiş xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın həlak olduğu gün təqvimdə “Şəhidlərə dua günü” olaraq qeydə alınıb. 

Məlumata görə, İran Prezidenti Məsud Pezeşkian və Ali Mədəni İnqilab Şurası da bununla bağlı müvafiq qərar qəbul edib.

Xatırladaq ki, Rəisi, Abdullahiyan və onlarla birlikdə olan dövlət məmurları 2024-cü il mayın 19-da helikopter qəzası nəticəsində ölüblər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
34
12
missiya.az

10Mənbələr