AZ

Venesuela ilə Paraqvay qarşılıqlı diplomatik əlaqələri kəsdi

Venesuela və Paraqvay Edmundo Qonzaleslə bağlı fikir ayrılıqları yaşayıb.

Turkustan.az xəbər verir ki, Paraqvay Qonzalesi 28 iyul 2024-cü ildə keçirilən prezident seçkilərinin qalibi kimi tanıdığını elan etdikdən sonra Venesuela bu ölkə ilə diplomatik əlaqələri kəsdiyini açıqlayıb.

Venesuelanın xarici işlər naziri İvan Gil Telegram hesabında deyib: "Venesuela Paraqvayın bəyanatlarını qəti şəkildə rədd edir. Paraqvay kimi hökumətlərin öz xarici siyasətlərini xarici güclərin maraqlarına tabe etməkdə davam etmələri təəssüf doğurur. Demokratik prinsipləri pozan bu cür gündəliyi dəstəkləmirik. Venesuela Paraqvay ilə diplomatik əlaqələri kəsmək və dərhal akkreditə olunmuş diplomatik heyətini bu ölkədən çıxarmaq qərarına gəlib".

Paraqvay hökuməti də bəyanatında Venesuela ilə diplomatik əlaqələri kəsdiyini açıqlayıb. Hökumət Venesuela səfirindən və diplomatik heyətindən 48 saat ərzində ölkəni tərk etmələrini istəyib.

“Paraqvay Venesuela xalqının demokratiya şəraitində, qanunun aliliyinə əsaslanan dövlətdə, onların fundamental azadlıqlarına və təminatlarına tam hörmətlə yanaşmaq hüququnu qəti şəkildə dəstəklədiyini bir daha təsdiqləyir”-deyə, bəyanatda deyilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
44
1
turkustan.az

2Mənbələr