1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Ukrayna" dairəsində turbo tipli dairənin təşkili layihəsi çərçivəsində işlər davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, tikinti işləri tam başa çatıb, nəqliyyat adacıqları inşa edilib. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün panduslar təşkil olunub.
Hazırda yol nişanları quraşdırılır, nişanlanma xətləri çəkilir və parklanma yerləri yaradılır.