Fransa prezidenti Emmanuel Makronun Afrika liderlərinin ölkəsinin Sahel bölgəsində terrorla mübarizədə göstərdiyi səylərə təşəkkür etməyi unutduqları ilə bağlı açıqlamalarına Çad sərt reaksiya verib.Çad xarici işlər naziri və hökumət sözçüsü Abderaman Koulamallah açıqlamasında Makronun açıqlamalarını Afrika və afrikalılara qarşı alçaldıcı bir münasibət kimi qiymətləndirib."Fransa liderləri Afrika xalqlarına hörmət etməyi öyrənməlidirlər" deyə Koulamallah vurğulayıb.Xüsusilə Çadın Fransanın azad edilməsində kritik rol oynadığını xatırladan Koulamallah, "Afrika xalqının İkinci Dünya Müharibəsində Fransaya verdiyi fədakarlıqlar heç vaxt layiqincə qiymətləndirilmədi" deyib.Çad ordusunun Fransanın dəstəyi olmadan, xalqın cəsarəti və təvazökar imkanları ilə qurulduğunu vurğulayan Koulamallah Fransanın Çad ordusuna önəmli dəstək vermədiyini, 60 illik varlığı boyunca verdiyi töhfələrin ümumiyyətlə öz strateji maraqları ilə məhdudlaşdığını və Çad xalqının inkişafına davamlı təsir göstərmədiyini sözlərinə əlavə edib.Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron çıxışında "Bəzi Afrika liderləri Fransanın Saheldə terrorla mübarizə səylərinə təşəkkür etməyi unutdular. Bunu xalqına deməyə cəsarəti olmayan bütün Afrika liderlərinə deyirəm. Əgər Fransız ordusu bu bölgədə yerləşdirilməsəydi, bu gün heç birinin ölkəsi suveren dövlət olaraq mövcud ola bilməzdi” ifadələrini işlətmişdi.Qeyd edək ki, Çad hökuməti 28 noyabr 2024-cü ildə Fransa ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq sazişinin sona çatdığını elan edib.Fransız əsgərlərinin bir hissəsi dekabrın 10-da Çaddan çəkilməyə başlayıb.Çad Prezidenti Məhəmməd İdris Debi İtno Fransanın 31 yanvar 2025-ci ilə qədər ölkədən tamamilə çıxacağını açıqlayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta