Bakı. Trend:
2024-cü il də tarixə çevrildi. Bütün dünyada qlobalproblemlər və müharibələrlə, iqtisadi və siyasi böhranlarla yaddaqalan il ölkəmiz üçün sabit və müxtəlif sahələrdə uğurlarla yaddaqaldı. Ən böyük nəzərəçarpacaq nailiyyətlər isə idman sahəsindəoldu.
2024-cü ilin idman yekunları ilə bağlı keçirilən mərasimdəAzərbaycan idmançılarının dünya arenalarında qazandıqları uğurlarbir daha xatırlandı. Prezident İlham Əliyevin tədbirdəki çıxışınıdinlədikcə hər birimiz idmandakı uğurlarımızdan dərin fərəh hissikeçirdik. İl ərzində Azərbaycan idmançılarının 1700 medalqazanmaları həqiqətən də böyük nailiyyət və mühim idmanhadisəsidir. Prezident İlham Əliyevin dediyi kimi, bu, onu göstərirki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir vəbeləliklə, Azərbaycan idman ölkəsi kimi öz gücünü müxtəlifbeynəlxalq yarışlarda təsdiqləyir.
Ümumiyyətlə, dünya Azərbaycanı bir neçə məsələyə görə dahayaxından tanıyır. Məsələn, beynəlxalq səviyyədə Azərbaycan deyəndətorpaqlarını döyüş yolu ilə işğaldan azad edən, enerjitəhlükəsizliyi məsələlərində fəal rolu olan, qlobal problemlərinhəllində yaxından iştirak edən, Cənubi Qafqazda lider mövqelərəmalik dövlət yada düşür. Bunlarla yanaşı, Azərbaycan dünyada həm dəOlimpiya Hərəkatının vüsət aldığı idman ölkəsi olması ilətanınır.
Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidentiİlham Əliyevin uğurlu siyasəti Azərbaycanı həm də idman ölkəsinəçevirib. Prezident İlham Əliyevin 1997-ci ildə Milli OlimpiyaKomitəsinin Prezidenti seçilməsi respublikamızın idman həyatındamüsbətə doğru dönüşün əsasını qoyub. Bunu həmin vaxtdan sonrakeçirilən idman yarışlarında və Olimpiya Oyunlarında qazanılanmedallar da təsdiq edir. Prezident İlham Əliyevin 2003-cü ildənrespublikamıza rəhbərliyi isə idmanın yüksəlişində tamamilə yeniinkişaf mərhələsinin əsasını qoyub. Bu baxımdan Azərbaycanıninkişafının göstəricilərindən biri də idmandakı uğurlarımızdır.
Ölkəmizdə idmanın inkişafının əsas göstəricisi təbii ki,idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları medallarınsayıdır. Demək olar ki, Azərbaycan idmançıları bir çox nüfuzlu vəmötəbər idman yarışlarında qalib olaraq bayrağımızı ucaldır,himnimizi səsləndirirlər. O cümlədən dünyanın ən böyük idmanturniri olan Olimpiya Oyunlarından idmançılarımız hər dəfəmedallarla geri dönürlər. Bu il keçirilən Paris 2024 Yay OlimpiyaOyunlarında da idmançılarımız xalqımızı sevindirdilər. Qazanılan 7medal - 2 qızıl, 2 gümüş və 3 bürünc medal bir daha ölkəmizdəidmanın inkişafının təsdiqinə çevrildi, Prezident İlham Əliyevinidman siyasətinin təntənəsi oldu. Prezident İlham Əliyev ilin idmanyekunlarına həsr olunan mərasimdə idmançılarımızın bu il OlimpiyaOyunlarındakı uğurlu çıxışını tarixi nəticə kimi dəyərləndirib:
"Əlbəttə ki, ilin ən böyük yarışı Yay Olimpiya Oyunlarıidi və burada da biz tarixi nəticə əldə etmişik. Azərbaycanmüstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edirvə bu dəfə ən yüksək yerə layiq görülmüşdür, komanda hesabındaAzərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir.Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarındaiştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyüknailiyyətdir".
Əlbəttə, idmanda nailiyyətlərin əldə edilməsində dövlətindəstəyi böyük rol oynayır. Bu dəstəyin əsas göstəricilərindən birirespublikamızda idman infrastrukturunun inkişaf etdirilməsi, yenimüasir və təkmil idman komplekslərinin yaradılmasıdır. Bu isə həmidmançılarımızın potensialının üzə çıxarılmasında, həm də onlarınbeynəlxalq yarışlarda daha uğurlu çıxış etmələrində mühüm amildir.Məmnunluqla qeyd etməliyik ki, indiyədək respublikamızda 44Olimpiya İdman Kompleksinin, yüzlərlə müxtəlif təyinatlı idmanqurğusunun, stadionların inşa edilməsi idmanın inkişafına,beynəlxalq yarışlarda qazanılan medalların sayının daha daartmasına, yeniyetmə və gənc nəslin fiziki və mənəvi baxımdansağlam vətəndaş kimi formalaşmalarına böyük töhfələr verib.
Diqqət və qayğı ilə əhatə olunan, günü gündən inkişaf edən idmannövlərindən biri də Azərbaycan Üzgüçülük Federasiyasınıntabeliyində olan su idman növləridir. Son 10 ildə istərüzgüçülükdə, istər su polosunda, suya tullanma və bədii üzgüçülükdəböyük dəyişikliklər edilib. Təkcə onu xüsusi vurğulamaq yerinədüşərdi ki, bu idman növləri üzrə idmançıların hər biri yerligənclərdir. 2024-cü il Azərbaycan Üzgüçülük Federasiyası üçün dəçox uğurlu saymaq olar. İdmançılarımız müxtəlif beynəlxalqyarışlarda yüksək nəticələr göstəriblər. Azərbaycanın üzgüçülüküzrə gənclər və yeniyetmələrdən ibarət milli komandası 1 - 4 marttarixlərində Riqa şəhərində keçirilən Latviyanın gənclər vəyeniyetmələr yarışında üzgüçülərimiz 200 metr məsafədə 4 dəfəsərbəst üsulda üzmədə kişilər arasında komanda yarışlarında ənyüksək nəticə göstərərək turnirin qalibi olublar və qızıl medallaralayiq görülüblər. Bundan başqa fərdi yarışlarda açıq yaş qrupundaƏbdürrəhman Rüstəmov 100, 200 metr məsafələrdə batterflay üsulundagümüş medal, 4 dəfə 200 metr estafetdə sərbəst üsulda qızıl medal,Oqtay Hüseynov 100, 200 metr batterflay üsulunda bürünc medal, 4dəfə 200 metr estafetdə sərbəst üsulda qızıl medal, Süleymanİsmayılzadə 200, 400 və 1500 metr məsafələrdə gümüş medal, 4 dəfə200 metr estafetdə sərbəst üsulda qızıl medal, Səid Həmidov 200mert məsafədə qarışıq üsulda 3 bürünc medal, 4 dəfə 200 metrestafetdə sərbəst üsulda qızıl medal, Mehri Əbdürrəhmalı 200 metrməsafədə batterflay üsulunda 3-cü yeri qazanıblar. S. İsmayılzadəvə M.Əbdürrəhmanlı öz yaşıdları arasında rekordlarıyeniləyiblər.
Azərbaycan üzgüçüsü Yeqor Maynitskiy ötən il 14-16 dekabrtarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabişəhərində keçirilən beynəlxalq yarışda 50 metr məsafədə brassüsulunda bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanib. Y.Maynitskiy ümumilikdə 4 qızıl, 2 gümüz və 1 bürünc medal qazanıb vəöz yaşıdları arasında yarışın ən yaxşı idmançısı fəxri adına layiqgörülüb.
Saxa Respublikasının Yakutiya şəhərində keçirilən "Asiyauşaqları" VIII Beynəlxalq İdman Oyunlarında mübarizə aparanüzgüçülərimiz 2 qızıl, 2 gümüş və 2 bürünc olmaqla vətənə 6 medalladöndülər.
İlin son uğurunu isə 20-22 dekabr tarixlərində Estoniyanın Tartuşəhərində keçirilən Açıq Estoniya Qış çempionatına qatılanüzgüçülərimiz qazanıb. Estoniya, Latviya, Litva, Ukrayna,Finladiyadadan ümumilikdə 35 klubdan 285 idmançının qatıldığıbeynəlxalq turnirdə ölkəmizin üzgüçülük üzrə milli komandasınınüzvləri vətənə 7 qızıl, 13 gümüş, 2 bürünc olmaqla 22 medallavətənə dönüblər.
2024-cü ildə Suya tullanma idman növü üzrə də uğurumuz olub.Bolqarıstanın Varna şəhərində keçirilən, 10 ölkədən 110 idmançınınqatıldığı “Üçüncü Balkan Gənclər Çempionatı" beynəlxalq turnirindəidmançımız Məhəmməd Hüseynov E qrupunda ikinci yerə layiq görülərəkgümüş medal qazanıb.
Bədii üzgüçülük üzrə Azərbaycan komandası da ötən il yaxşınəticələri ilə yada qalıblar. Komanda Birləşmiş Ərəb ƏmirliyininƏbu-Dabi şəhərində keçirilən beynəlxalq turnirdə 18 qızıl, 12gümüş, 1 bürünc olmaqla 31 medal qazanıblar.
Azərbaycan Üzgüçülük Federasiyası 2024-cü ildə ölkə daxilində dəçox maraqlı yarışların təşkili ilə ölkədə su idman növlərinəmarağın artırılması istiqamətində vacib işlər görüb.
2024-cü il ərzində Gənclər və İdman Nazirliyi ilə birgəAzərbaycanda üzgüçülük üzrə açıq ölkə çempionatları, “Parlaq Ulduz”Uşaq Liqasının 3 mərhəsi, TDT-yə üzv və müşahidəçi ölkələr arasında“Üzgüçülük hamı üçün” layihəsi, “Kürü keçək?!” adlı açıq suda üzməyarışları təşkil olunub ki, bu da yerli idmançılar arasındabacarıqlı və qabiliyyətlilərin müəyyən edilməsi istiqamətindəönəmli rol oynayır.
Federasiya yola saldığımız ildə su idman növləri üzrəməşqçilərin təkminləşdirilməsin istiqamətində də böyük işlərgörülüb. Belə ki, müəyyən dövrlərdə ölkə ərazisində fəaliyyətgöstərən üzgüçülük üzrə məşqçilər üçün treninqlər və seminarlartəşkil olunub.
Bütün idman sahələrində qazanılan uğurlar dövlət başçısı İlhamƏliyevin diqqət və qayğısının nəticəsidir. Ölkəmizin hər yerindəinşa edilən Olimpiya kompleksləri, idman sarayları, idman qurğularıbu istiqamətdə atılan vacib addımlardandır.
İdmanın inkişafına və gənc nəslin sağlam ruhda böyüməsiməqsədilə hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuqişlərinin istiqamətlərindən birini idman komplekslərininyaradılması təşkil edir. Artıq Ağdam şəhərində İmarət stadionutikilir, Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməliqoyulub və təbii ki, gələcəkdə işğaldan azad edilmiş ərazilərdədigər idman qurğuları da inşa olunacaq.
Prezident İlham Əliyevin idmanın inkişafına diqqətinin vəquruculuq siyasətinin nəticəsi kimi yaradılan müasir idmaninfrastrukturu həm də ölkəmizdə böyük beynəlxalq idman yarışlarınınkeçirilməsinə imkan verir. Birinci Avropa Oyunları, IV İslamHəmrəyliyi Oyunları kimi mötəbər idman yarışlarının məhz Bakıdakeçirlməsi bunu təsdiq edir. Azərbaycanın ən müasir və nəhəng idmanqurğularından biri Bakı Olipiya Stadionudur. Bu stadionunyaradılmasının nəticəsidir ki, bir neçə il əvvəl Bakıda UEFA AvropaLiqasının final oyunu keçirildi. Bu da bir daha göstərdi ki,Azərbaycan beynəlxalq səviyyədə idman ölkəsi kimi qəbul olunur. Ocümlədən Bakı Olipiya Stadionu COP29 kimi mötəbər bir tədbirinrespublikamızda təşkil olunmasına imkan verdi.
Azərbaycanın idman ölkəsi kimi inkişafının ən böyükgöstəricilərindən biri də odur ki, bölgələrimizdə də mötəbər vəkütləvi idman yarışlarının keçirilməsi mümkündür. Təsadüfi deyilki, Üçüncü MDB Oyunları gələn il respublikamızın bölgələrində,əsasən də Gəncə şəhərində təşkil olunacaq. 2024-cü ilin idmanyekunlarına həsr olunmuş mərasimdə Prezident İlham Əliyev bunuböyük qürurla qeyd etdi. Üçüncü MDB Oyunlarında 7 min idmançınıniştirakı gözlənilir və əminik ki, respublikamız bu idman tədbirinədə layiqli şəkildə ev sahibliyi edəcək.
2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə həm dəAzərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılar vəidman mütəxəssisləri mükafatlandırıldılar. Onlara Prezidentin fəxrifərmanları, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adları,“Tərəqqi” medalları, həmçinin, yeni mənzillərin orderləri verildi.Bu, bir daha göstərdi ki, idmançıların qələbələri, beynəlxalqyarışlarda bayrağımızı ucaltmaları dövlətimizin başçısı tərəfindənyüksək qiymətləndirilir.
Bu diqqət idmançılarımıza mənəvi güc verir, onları növbətiqələbələrə səsləyir. Ona görə də idmançılarımız bundan sonra dayeni qələbələrə imza atacaqlar və Azərbaycanın idman ölkəsi kiminüfuzu daha da yüksələcək.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı