AZ

Gürcüstan İlon Maskın müdafiəsinə qalxdı

Fransa və Almaniya rəhbərliyinin amerikalı sahibkar İlon Maska onun başqa ölkələrdə keçirilən seçkilərə guya müdaxiləsi ilə bağlı iddiaları gülüş doğurur...

Poliqon xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

"Fransa və Almaniya hakimiyyətinin Maskın bəyanatları və seçkiyə müdaxilədə ona qarşı ittihamları barədə sızıldaması sadəcə ironikdir", deyə spiker bildirib.

Papuaşvili qeyd edib ki, hazırda seçkilərdə uduzduğunu etiraf etməyən Gürcüstan müxalifətini məhz Avropa ölkələrindən olan siyasətçilər dəstəkləyir.

Yanvarın 6-da Fransa prezidenti Emmanuel Makron çıxışı zamanı İlon Maskı digər ölkələrdə, xüsusən də Almaniyada seçkilərə müdaxilə etməkdə ittiham edib.

Bundan bir qədər əvvəl Norveçin baş naziri Yonas Qahr Stor amerikalı milyarder və sahibkar İlon Maskın üçüncü ölkələrin daxili siyasi məsələlərinə qarışmasından narahatlığını bildirib. Norveç hökumətinin başçısı vurğulayıb ki, sosial şəbəkələrə və iqtisadi resurslara böyük çıxışı olan bir şəxsin başqa ölkələrin daxili işlərinə belə birbaşa müdaxilə etməsi onu narahatedici hesab edir.

Poliqon.info

Seçilən
28
50
poliqon.info

10Mənbələr