AZ

Blinken Suriyada inklüziv hökumətin formalaşmasını dəstəkləyir

Blinken

ABŞ-ın Dövlət katibi Entoni Blinken, Suriya hökumətində sülh yolu ilə siyasi keçidin və inklüziv bir hökumətin qurulmasının vacib olduğunu bildirib. ABŞ-ın Dövlət Departamentinin verdiyi məlumata görə, Blinken, belə bir hökumətin Suriya xalqının müxtəlif etnik və dini qruplarını təmsil etməli olduğunu bildirib və bu addımın sülhün təmin olunmasına, vətəndaş müharibəsinin sona çatdırılmasına və Suriya xalqının təhlükəsizliyinin bərpa edilməsinə yardım edəcəyini vurğulayıb.Blinken, bütün tərəflərin Suriya xalqının hüquq və əsas azadlıqlarına hörmət etməsinin, o cümlədən azlıq təmsilçilərinin hüquqlarının qorunmasının vacibliyini qeyd edib. ABŞ Dövlət katibi, həmçinin Suriya ərazisinin terrorizm üçün baza kimi istifadəsinin qarşısının alınmasının önəmli olduğunu bildirib. O, eyni zamanda beynəlxalq icmanın Suriya məsələsində daha fəal və birlikdə hərəkət etməsinin vacibliyini qeyd edib. Blinkenin sözlərinə görə, yalnız siyasi dialoq və hərtərəfli islahatlar yolu ilə ölkə daxilində dayanıqlı sülh və stabillik təmin oluna bilər.Səidə Mustafa

Diqqət Çəkənlər

COVID-19-un zülalları illərlə beyində və kəllə sümüklərində toplanır - Alimlər

Guardian: Təxminən 40 milyon insan antibiotiklərə rezistentlik səbəbindən həyatını itirə bilər

Bloomberg: Avropa qaz ehtiyatlarını inanılmaz sürətlə tükədir

Seçilən
49
ulusum.az

1Mənbələr