AZ

Quantanamo həbsxanasından yəmənli məhbuslar Omana göndərilib

ABŞ Kubadakı Quantanamo həbsxanasında saxlanılan 11 yəmənli məhbusu Omana göndərib...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın Guardian qəzeti yazır.

Omana köçürülən məhbuslardan heç birinin 20 il həbsdə olduqları müddətdə ittiham olunmadığı və ya mühakimə olunmadığı bildirilir. ABŞ hakimiyyəti onların azadlığa buraxılmasını bir neçə il əvvəl mümkün hesab etsə də, Yəməndə davam edən vətəndaş müharibəsi səbəbindən bu baş tutmayıb.

Nəşr qeyd edir ki, Co Bayden administrasiyası seçilmiş prezident Donald Tramp vəzifəyə başlamazdan əvvəl məhbusların sayını azaltmağa çalışdığı üçün son həftələrdə Quantanamodan köçürmələr çoxalıb. Buna görə də Quantanamoda indi cəmi 15 məhbus qalıb ki, bu da həbsxananın 22 illik tarixində ən kiçik rəqəmdir.

Ümumilikdə Quantanamodan 780 nəfər keçib. 2023-cü ilin fevralında Pentaqon iki Quantanamo məhbusunun Pakistana qaytarıldığını elan edib.

Quantanamo həbsxanası ABŞ hakimiyyəti tərəfindən müxtəlif cinayətlərdə, xüsusən də terrorizmdə və düşmən tərəfində müharibə aparmaqda ittiham olunan şəxslər üçün düşərgədir. O, eyniadlı şəhərdən 30 km məsafədə, Quantanamoda (Kuba) qeyri-müəyyən müddətə icarəyə götürülmüş ABŞ hərbi dəniz bazasında yerləşir.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr