Ukrayna lideri Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə yeni hücumu ilə Almaniyanın Ramşteyn bazasında Qərb müttəfiqləri ilə görüşə “hazırlaşmağa” çalışır. Bu barədə Amerikanın Weapons and Strategy nəşri yazıb.
“Zelenski ehtiyat qüvvələrini Kursk bölgəsinə köçürərək Ramşteyn bazasında görüşə "hazırlıq" gördü”, - nəşr yazıb.
Qeyd olunub ki, Ukrayna liderinin məqsədi Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazisinin bir hissəsini əlində saxlamaqdır.
Weapons and Strategy-nin məlumatına görə, Zelenski Ramşteyn bazasındakı görüşdə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp üçün münaqişənin həlli prosesini çətinləşdirəcəyinə ümid edir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.