AZ

Azərbaycanda hərbi xidmət müddəti 6 aya endirilə bilər? - DETALLAR + EKSPERT

Bu yeniliklər Azərbaycanda hərbi xidmətin 6 aya endirilməsi və ödənişli möhlət hüququnun tətbiqi ilə bağlı müzakirələri gündəmə gətirir. Azərbaycanda hazırda hərbi xidmətin müddəti əsgərlər üçün 12 il 6 ay, ali təhsilli şəxslər üçün isə 1 il təşkil edir. Ödənişli möhlət hüququnun tətbiqi isə qanunvericilikdə nəzərdə tutulmayıb. Gürcüstandakı bu yeni qaydalar Azərbaycanda oxşar islahatların mümkün olub-olmaması ilə bağlı müzakirələrə yol açır.

Bəs belə bir sistemin tətbiq edilməsi orduya çağırış mexanizmlərində daha çevik yanaşma təmin edə bilərmi? 

Hərbi ekspert Azər Bayramov Ajans.az-a açıqlamasında məsələyə münasibət bildirərək vurğulayıb ki, hərbi xidmətin müddətinin azaldılması və ya ödənişli möhlət hüququnun tətbiqi ilə bağlı Azərbaycanda konkret addımlar atılmayıb:

“Azərbaycan ordusunun şəxsi heyətə olan tələbatını nəzərə alsaq, hərbi xidmət müddətinin azaldılması və ya ödənişli möhlət hüququnun tətbiqi istiqamətində yalnız geniş araşdırmalar və planlaşdırmadan sonra addımlar atıla bilər. Ölkəmizdə yaxın keçmişdə qəbul edilən qanunlarda həqiqi hərbi xidmətə dair bəzi dəyişikliklər müşahidə etmişik. Məsələn, yaş həddi ilə bağlı yeni qaydalar təsdiqlənib. Bu dəyişikliklər eyni zamanda hərbi xidmət sistemində yeni yanaşmaların tətbiqinə yol aça bilər.”

Ekspertin sözlərinə görə, Azərbaycan Ordusunun Türkiyə ordu modelinə keçidi istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyevin bu barədə verdiyi tapşırıqlar əsasında hazırda müxtəlif islahatlar həyata keçirilir:

 “Türkiyə ordusunun praktikasında da hərbi xidmət müddətinin qısaldılması və xidmət variantlarının diversifikasiyası mövcuddur. Azərbaycan bu istiqamətdə müəyyən addımlar atsa da, hələlik hərbi xidmət müddətinin qısaldılması mürəkkəb və çoxşaxəli bir prosesdir. Bunun üçün şəxsi heyətin tələbatını təmin etmək, hərbi xidmətin keyfiyyətini artırmaq və çağırış mexanizmlərini təkmilləşdirmək lazımdır. Ermənistan tərəfinin davamlı təxribatları və sülh sazişini imzalamaması da bu sahədə ehtiyatlı davranmağı zəruri edir.”

Azər BayramovHərbi ekspert əlavə edib ki, Gürcüstanda tətbiq edilən ödənişli möhlət hüququ bir sıra dövlətlərdə mövcuddur. Bu sistem çağırışçılara daha çevik seçim imkanı versə də, onun tətbiqi üçün ölkənin təhlükəsizlik prioritetləri və hərbi strategiyaları nəzərə alınmalıdır:

"Gürcüstandakı yeni hərbi xidmət modeli Azərbaycanda hərbi xidmətlə bağlı ictimai rəyin formalaşmasına təsir göstərməkdədir. Xüsusən də, hərbi xidmət müddətinin 6 aya endirilməsi və ya ödənişli möhlət hüququnun yaradılması məsələləri cəmiyyətdə müzakirə olunur. Hərbi xidmət sistemində yeniliklərin tətbiq edilməsi isə yalnız strateji planlaşdırma və geniş müzakirələrdən sonra mümkün ola bilər",- deyə Azər Bayramov qeyd edib.

Seçilən
25
Ajans.az

1Mənbələr