AZ

ABŞ-da qar fırtınası - ölənlər var

Hurriyyet.az xəbər verir ki, NBC telekanalının məlumatına görə, ABŞ-da qar fırtınası nəticəsində azı 4 nəfər həlak olub. Telekanalın məlumatında  ölənlərdən ikisinin Kanzas, bir nəfərinin Missuri, digərinin isə Texas ştatının sakini olduğu bildirilir.

Kanzasın iki sakininin ölüm səbəbi hava şəraitinin pisləşməsi səbəbindən avtomobilin sürüşərək yoldan çıxması nəticəsində baş verən qəza olub.

Missuridə kommunal xidmət işçisi qar təmizlədiyi zaman ölümcül zədə alıb.

Texasda avtobus dayanacağında soyudan ölmüş insanın cəsədi tapılıb.

"FlightAware" portalının məlumatına görə, ABŞ-da 2,2 mindən artıq uçuş ləğv edilib.

Hürr Tərcüman

Seçilən
51
hurriyyet.az

1Mənbələr