Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin bir hissəsinə nəzarəti müharibəni dayandırmaq üçün gələcək danışıqlarda vacibdir. ABŞ dövlət katibi Antoni Blinken bunu yanvarın 6-da Seulda olarkən jurnalistlərlə söhbətində deyib.
Onun sözlərinə görə, Cozef Bayden administrasiyası Kiyevi “oynamaq üçün mümkün olan ən güclü kartlarla” təmin etmək istəyir.
"Onların Kursk vilayətində olması vacibdir, çünki əlbəttə ki, bu, gələn ildə baş tuta biləcək istənilən danışıqlarda nəzərə alınacaq bir şeydir", dövlət katibi qeyd edib.
Ülviyyə, Hurriyyet.az