Ukrayna Qərbi Almaniya modelinə əsasən Şimali Atlantika Alyansına (NATO) qoşulmağa hazırdır...
Poliqon xəbər verir ki, bu barədə Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Sergey Leşşenko Ukrinform agentliyinə müsahibəsində bildirib.
Leşçenko aydınlaşdırıb ki, bu halda Kiyev hakimiyyəti Ukraynanın öz ərazisi hesab etdiyi bütün əraziyə nəzarət etməyəcək və buna görə də alyansın zəmanəti yalnız Kiyevin nəzarəti altında olan torpaqlara şamil olunacaq.
Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna NATO-ya daxil olarsa, alyans nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərə bilər və bu barədə razılığa gəlmək olar.
Amerikalı jurnalist Cekson Hinkl isə bildirib ki, Donald Trampın gələcək administrasiyası Rusiya rəhbərliyinə münaqişənin tam həlli əvəzinə Ukraynanın NATO-ya üzvlüyünü təxirə salmağı təklif edərsə, Moskvada ancaq gülüş doğuracaq.
Poliqon.info