AZ

Əbədi məhəbbət nağılı – 30 il əvvəl çəkilmiş“İtkin gəlin” serialı- VİDEO

Azərbaycan televiziyasında ilk teleserial olan “İtkin gəlin”in 30 yaşı tamam olur. Yeni nəsil bu serialı xatırlamır, “90-cı il nəsli” üçünsə film həzin bir xatirədir. “VXS” kameralarla, məhdud texniki imkanlarla çəkilmiş bu serial öz aktyor oyunu ilə tamaşaçıların böyük marağına səbəb olmuşdu.

AzPost MEDİA bildirir ki, film məşhur yazıçımız Əlibala Hacızadənin o zaman dillər əzbəri olan “İtkin gəlin” trilogiyası əsasında çəkilmişdi.
Mövzu uzaq Əfqanıstan olsa da həm də yaxın idi: Əbədi məhəbbət, intiraqalar, kasıb cəmiyyət, sosial vəziyyət, varlılar və kasıblar, hüquqsuzlar və qanunu heç sayanlar…
Bunların içində isə nakam məhəbbəti uğrunda çarpışan Əfsanə…

Məleykə Əsədova öz qəhrəmanın iztirablarını real təsvir edə bilmişdi. Bu rol onun karyerasını müəyyən edən rol oldu. Elməddin rolunu oynamış istedadlı aktyorumuz Elşən Rüstəmov populyarlığının ən pik zamanını yaşadı.

Serialda görkəmli aktyorlarmızı görmək olur: Kamal Xudaverdiyev, Zemfira Nərimanova, Kubra Əliyeva, Səidə Quliyeva, Hicran Nəsirova…

Rejissor Lütfi Məmmədbəyovun çəkdiyi bu seriala bəstəkar Cavanşir Quliyevin yazdığı mahnı möhür vurdu. Aygün Kazımovanın oxuduğu mahnı bütün 90-ların hüzünlü sevgi himninə çevrilmişdi.

Zaman axır, “İtkin gəlin” isə kədərli məhəbbət nağılı kimi hələ də qəmli xatirəsini saxlayır.

Seçilən
34
azpost.info

1Mənbələr