Yanvarın 30-da, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.
İndex.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində – “Zoom” proqram təminatı vasitəsilə məsafədən olacaq.
Yığıncağın gündəliyinə “Unibank”ın təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlər daxildir.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən mövcud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,386 milyon manatdır. Bankın səhmlərinin 94,08 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 5,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.