ABŞ-da ölkəni vuran şiddətli qış fırtınası səbəbindən bazar ertəsi günü 2300-dən çox reys təxirə salınıb...
Poliqon bu barədə FlightAware.com portalına istinadən xəbər verir.
"Bu gün ABŞ-da ləğv edilmiş uçuşların ümumi sayı: 1446", portalın açıqlamasında deyilir.
Bundan başqa, 870-dən çox reys gecikdirilib. Ən çox ləğvetmə 780-dən çox reysin ləğv edildiyi paytaxt Vaşinqtonda qeydə alınıb.
Fırtına həmçinin elektrik enerjisinin əhəmiyyətli dərəcədə kəsilməsinə səbəb olub və 300 mindən çox müştərini işıqsız qoyub. Onların yarısı Kentukki və Virciniyada yaşayır, lakin problemlər İndiana, Qərbi Virciniya və İllinoys ştatlarında da qeydə alınıb.
Poliqon.info