AZ

ABŞ-də qar fırtınası zamanı 9 nəfər həyatını itirdi

ABŞ mərkəzi hissələrindən şərqinə doğru qar fırtınası ilə mübarizə aparır.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, güclü qar, şaxta və buzlanma bir çox ştatlarda həyata mənfi təsir göstərib.
 
Bununla yanaşı nəqliyyat iflic olub.
 
Qar yağması nəticəsində baş verən yol qəzaları nəticəsində Virciniya ştatında 3, Missuridə 2, Kanzasda 2, Şimali Karolinada 1, Qərbi Virciniyada 1 nəfər ölüb.
 
Qar fırtınası ilə əlaqədar Merilend, Virciniya, Qərbi Virciniya, Kanzas, Missuri, Kentukki və Arkanzas ştatlarında fövqəladə vəziyyət elan edilib. P
 
Fırtına səbəbindən 200 mindən çox insan işıqsız qalıb.

Kentukkidən paytaxt Vaşinqtona qədər 50 milyondan çox amerikalının qar fırtınası xəbərdarlığı altında olduğu bildirilib.
 
Gülay
Seçilən
55
1
azxeber.com

2Mənbələr