“Turan Tovuz”un futbolçusu Roderik Miller əməliyyat olunub.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, menisk yırtığı diaqnozu qoyulan 32 yaşlı panamalı legioner artroskopik diz əməliyyatı keçirib.
Klub rəhbərliyi və həkimlərin icazəsi ilə futbolçunun əməliyyatı vətənində, milli komandanın həkimlərinin nəzarəti altında baş tutub.
Əməliyyat uğurlu keçib. Lakin onun meydana nə vaxt dönəcəyi açıqlanmayıb.