Sayfiddin Taciboev Suriyanın yeni hökumətinin Müdafiə Nazirliyində əməliyyat qərargahının komandiri təyin edilib. Bunu “Heyət Təhrir əl-Şam” qrupunun tacik blogerləri bildiriblər.
Sayfiddin Taciboev tacik əsillidir. Onun 41 yaşı var və Tacikistanın Soqd rayonunun Spitamen rayonundandır. O, “Heyət Təhrir əş-Şam” ilə birlikdə Əsəd ordusuna qarşı vuruşan “Camaat ət-Tövhid vəl-Cihad” qrupunun (Mərkəzi Asiya ölkələrində qadağan olunmuş) hərbi qanadının komandirlərindən biri idi. Bu qruplaşmaya daxil olan yaraqlıların əksəriyyəti Mərkəzi Asiya ölkələrindəndir.
Blogerlərlə söhbətində Taciboev bildirib ki, o, artıq yeni vəzifədə işə başlayıb.
Ülviyyə, Hurriyyet.az