AZ

Kor olma təhlükəsi olanlara ŞAD XƏBƏR: GÖZ NƏQLİ…

Buynuz qişa, gözün ön hissəsində yerləşən, işığı sındırmaq və gözü xarici faktorlardan qorumaq vəzifəsinə malik olan, görmədə böyük rol oynayan və gözün ən əhəmiyyətli refraktiv linzasi olan şəffaf təbəqədir. Buynuz qişanın şəffaflığı bir çox xəstəliklər səbəbindən pozula bilər. Bu xəstəliklər anadangəlmə, genetik və ya mikroblarla əlaqəli ola bilər. Əgər keratokonusun son mərhələsində görmə çox aşağıdırsa və xəstə kontakt linzalardan və buynuz qişa daxili halqalardan faydalana bilmirsə, müalicə seçimi buynuz qişa transplantasiyasıdır.

Keratokonus kimi bəzi xəstəliklər buynuz qişanın formasını dəyişə və buynuz qişanın transplantasiyasını zəruri edə bilər.

Buynuz Qişa Transplantasiyası Müalicəsi

Buynuz qişa transplantasiyası, buynuz qişanın formasını və ya şəffaflığını pozan xəstəliklərdə xəstə toxumaların sağlam donor toxuması ilə əvəz edilməsidir. Tibbdə buna keratoplastika deyilir. Ən çox yayılmış xəstəliklər: keratokonus, buynuz qişa ödemi, buynuz qişanın mikrob xoraları və ya qəzalar, zədələr və irsi ləkələrdir (bulanmalar). Keçmişdə, xəstəliyin səbəbindən asılı olmayaraq, bütün buynuz qişa transplantasiyalar zamanı buynuz qişa toxumasının tam qalınlığı (nüfuz edən keratoplastika) dəyişdirilirdi. Bu prosedur zamanı ağır infeksiya, transplantant toxumasının gəbul olunmaması və mürəkkəb astiqmatizm nəticəsində aydın görə bilməmək kimi ağırlaşmalar müşahidə edilirdi.

Bu gün xəstəliyin təsir etdiyi buynuz qişanın hər hansı bir təbəqəsi üçün  transplantasiya aparılır. Transplantasiya üsulları, buynuz qişanın ən daxili qatını təşkil edən və şəffaflığını qoruyan endotel hüceyrələrinin vəziyyətindən asılı olaraq fərqlənir. Buynuz qişanın ön qatı dəyişdirildikdə, prosesə ön lamellar keratoplastika (DALK), endotelin dəyişdirilməsinə isə buynuz qişa transplantasiyası (DSAEK, DMEK) deyilir. Amerika kimi inkişaf etmiş ölkələrdə buynuz qişa transplantasiyasının 50% -dən çoxu bu yeni üsullarla aparılır.

Dünyagöz-də, xəstənin buynuz qişa xəstəliyindən asılı olaraq, DALK, DSAEK və ya DMEK kimi mürəkkəb buynuz qişa transplantasiyaları aparılır. Beləliklə, ölkəmizdən və dünyanın hər yerindən gələn xəstələr yeni buynuz qişa transplantasiyası üsulları sayəsində işığa və yaxsı görmə qabiliyyətinə qovuşurlar. Klassik  buynuz qişanın tam  transplantasiyası hal-hazırda çox az xəstədə yalnız zəruri olduqda istifadə olunur.

Keratokonus və buynuz qişa ləkələri zamanı, endotel sağlam olduğu halda, DALK adlı sadəcə ön lamellar keratoplastika istifadə olunur, bu halda buynuz qişa qalınlığının ön 85-90% -i dəyişdirilir. Bu növ buybuz qişa transplantasiyası zamanı donor toxumasının gəbul olunmamaq ehtimalı əhəmiyyətli dərəcədə azalır və ya demək olar ki, tamamilə olmur. Toxumanın gəbul olunma  şansı xəstənin sağlam gözünə bərabər olur.

Buynuz qişa ödemi və ya daha əvvəl edilmiş və bədən tərəfindən gəbul olunmamış transplantasiyalar zamanı, DSAEK və ya DMEK adlanan kiçik kəsikdən tikişsiz endotel hüceyrələrin transplantasiyası edilir. Bu növ buynuz qişa transplantasiyası zamanı xəstələr bir neçə həftə ərzində normal həyatlarına qayıda bilərlər. Klassik transplantasiyalarda olduğu kimi, xəstələr yaraların sağalması və tikişlərin çıxarılması üçün bir il gözləmirlər. Belə gözlərdə buynuz qişa transplantasiyasından sonra görmə dərəcəsi dəyişmir və astiqmatizm yaranmır.

Xəstə və donor buynuz qişaları trepan bıçaqları əvəzinə Femtosaniyə lazerlə planlı formada kəsilə bilir. Femtosaniyə lazerlə kəsilmiş buynuz qişanın transplantasiyası daha az hallarda astiqmatizmlə nəticələnir və xəstələr daha yaxşı görə bilirlər.

Seçilən
37
Ajans.az

1Mənbələr