AZ

İsrail Qüdsdə fələstinlilərə məxsus 1 767 binanı dağıdıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2024-cü ildə İsrailin işğal altındakı İordan çayının qərb sahilində və Şərqi Qüdsdə fələstinlilərə məxsus 1 767 binanı dağıdıb.

"Cebheinfo.az" xəbər verir ki, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) internet saytındakı məlumatlara görə, 2010-cu ilin yanvarından 2025-ci ilin yanvarınadək İordan çayının qərb sahilinin A və B bölgələrində binaların dağıdılması nəticəsində 2 822 fələstinli İsrail qüvvələri tərəfindən deportasiya olunub. 

İordan çayının qərb sahilində A və B bölgələrində İsrailin dağıdılması nəticəsində zərər görən fələstinlilərin sayı 90 mini keçib.

Keçən il İordan çayının qərb sahilinin A və B bölgələrində 450 ev olmaqla fələstinlilərə aid toplam 493 binanı sökən Təl-Əviv rəhbərliyi, C zonasında də daxil olmaqla 2024-cü ildə işğal altındakı Şərqi Qüdsdəkilərlə birlikdə toplam 1 767 ev və tikili dağıdılıb, nətəcədə 4 258 fələstinlini köç etməyə məcbur edilib.

İsrail işğal etdiyi torpaqlarda dağıdılması ilə ümumilikdə 165 min 55 fələstinliyə zərər verib.

Qeyd edək ki, 1995-ci ildə Fələstin ilə İsrail rəhbərliyi arasında imzalanan "İkinci Oslo Razılaşması" çərçivəsində İordan çayının qərb sahili; A, B və C zonalarına bölündü.

Digər tərəfdən, 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin torpaqlarını qəsb edən İsrail əsgərləri və israillilərin hücumlarında 167-si uşaq olmaqla 837 fələstinli həyatını itirib.

Seçilən
22
cebheinfo.az

1Mənbələr