AZ

Anası ölən şəxs yasda içərək qonşusunu bıçaqladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Qalib Qədirovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü Q.Qədirova şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, hadisə 24 iyun 2024-cü il tarixdə, saat 20 radələrində Quba şəhəri, Arif Hüseynzadə küçəsində qeydə alınıb.
Belə ki, Qalib Qədirov yaşadığı evin qarşısında uzun müddətdir ədavəti olan qonşusu, zərərçəkmiş Rəvan Həsənovla (soyadı şərti) mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin onu nalayiq ifadələrlə təhqir etməsi olub. Bu zaman təqsirləndirilən şəxs yaşadığı evdən ov bıçağını götürərək yenidən küçəyə çıxıb və Rəvanın qarına zərbə endirib.
Hadisədən sonra saxlanılan Qalib Qədirov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Məhkəmədə o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, hadisədən əvvəl anası rəhmətə gedib. Anasının birinci cüməsində fikrini dağıtmaq üçün içki içib. Qonşusu olan Rəvan ona niyə içdiyini soruşub. O da "sənə nə var, niyə içirəm?" deyib. Bundan sonra davaları düşüb və nəticədə onu bıçaqlayıb.
Seçilən
49
oxu.az

1Mənbələr