AZ

Zelenski Rusiyanın Kurskdakı itkilərini bəyan edib

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Kursk əməliyyatı zamanı 38 min nəfərdən artıq hərbçisini itirdiyini bəyan edib.

“Kursk əməliyyatı zamanı düşmən təkcə bu istiqamətdə artıq 38 mindən çox əsgərini, onlardan 15 minə yaxınını birdəfəlik itirib”.

Zelenski qeyd edib ki, ruslar öz güclü bölmələrini, həmçinin şimali koreyalı əsgərləri Kursk vilayətinə göndəriblər. 

Ukrayna Prezidenti deyib: "İşğalçının indi bütün bu qüvvələri digər istiqamətlərə, o cümlədən, Donetsk bölgəsinə, Sumiyə, Xarkov vilayətinə və ya Zaporojyeyə yönəldə bilməməsi mühümdür".

Hürr Tərcüman

 

Seçilən
18
hurriyyet.az

1Mənbələr