AZ

“Banklar və pensiya fondları müdafiəyə sərmayə qoymalıdır” - NATO admiralı

NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauer Qərb reytinq agentliklərinin, bankların və pensiya fondlarının müdafiəyə investisiya yatırmaqdan imtina etməsini axmaqlıq adlandırıb.

Herbiand.az bildirir ki, admiral bu barədə Financial Times nəşrinə bildirib.

Bauerin fikrincə, investorların “kollektiv müdafiə”də öz rollarını başa düşməməsi o deməkdir ki, onlar Ukraynada münaqişə başlayandan bəri ilk dəfə olaraq hökumətin irimiqyaslı maliyyələşdirmə şansını əldən verə bilərlər. NATO Hərbi Komitəsinin sədri onları müdafiə investisiyalarının gəlirlərinə baxmağa və növbəti iki onillikdə bu sahəyə investisiya qoymağa çağırıb.

Bundan əlavə, Bauer hesab edir ki, dünya yeni müharibələrlə təhdid olunur, xüsusən də Çin və ABŞ arasında “güclərin yenidən bölüşdürülməsi” baş verərsə.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
12
herbiand.az

1Mənbələr