AZ

Tramp tələbindən sonra kral gerbi dəyişdi-FOTO

Danimarka kralı dövlət gerbini dəyişib.

Azpost.info bildirir ki, bu barədə “The Guardian” məlumat yayıb.

ABŞ-ın yeni seçilmiş prezidenti Trampın Qrendlandiya barədə açıqlamasından sonra bu addım diqqət çəkib.

Kral Frederik Danimarka Krallığının tərkibində muxtar Danimarka ərazisini və keçmiş müstəmləkəsini saxlamaq niyyətini açıq şəkildə bəyan edib.

500 il ərzində əvvəlki Danimarka kral gerbində  Danimarka, Norveç və İsveç arasında Kalmar İttifaqının simvolu olan 3 tac var idi. Onlar həm də qonşu İsveçin mühüm simvoludur.

Yenilənmiş versiyada taclar çıxarılıb və onların yerinə Qrenlandiya və Farer adalarını simvolizə edən daha görkəmli ağ ayısı və qoç qoyulub.

Xatırladaq ki, Tramp Qrenlandiyanın ABŞ-a birlşəşdirilməsini təklif edib.

Seçilən
40
azpost.info

1Mənbələr