AZ

ABŞ Çini Rusiyaya kömək etməyin ağır nəticələri” ilə hədələyib

ABŞ-ın maliyyə naziri Janet Yellen Pekinin Ukrayna münaqişəsində Rusiyaya maddi dəstək göstərəcəyi təqdirdə Çini ciddi nəticələrlə hədələyib. Bu barədə TASS məlumat yayıb.

Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifeng ilə virtual görüş zamanı nazir həmçinin “ÇXR hakimiyyəti tərəfindən himayə olunan qurumların kiberməkanda zərərli fəaliyyətindən və bunun ikitərəfli münasibətlərə təsirindən” ciddi narahatlığını bildirib.

Yellen ABŞ-da Çinin Amerika şirkətlərinə zərər verdiyi iddia edilən qeyri-bazar təcrübələri ilə bağlı narahatlıqlarını da dilə gətirib.

Bundan əvvəl Yellen ABŞ-ın Ukraynaya 3,4 milyard dollar məbləğində əlavə birbaşa büdcə yardımı edəcəyini bildirib.

Oxuməni.az

Seçilən
55
14
oxumeni.az

10Mənbələr