ABŞ Konqresi Nümayəndələr Palatasının və Senatın xüsusi birgə iclasında ABŞ prezidenti seçkilərinin nəticələrini təsdiqləyib.
Azpost.info bildirir ki, konqresmenlər Donald Tramp və J.D.Vensin qələbəsini təsdiq edib.
İclasa ABŞ-ın hazırkı vitse-prezidenti və Trampın seçkilərdəki rəqibi Kamala Harris rəhbərlik edib.
Rəsmi nəticələrə görə, Tramp 312 seçici səsi və 77,3 milyon vətəndaş səsi toplayıb.
Seçilmiş prezidentin andiçmə mərasiminin yanvarın 20-də keçirilməsi planlaşdırılır.