ABŞ-ın yeni seçilmiş prezident Donald Trampın administrasiyasında Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi, istefada olan general Keyt Kelloq Kiyevə əvvəlcədən planlaşdırdığı faktaraşdırma səfərini təxirə salıb.
Herbiand.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Trampın ətrafındakı dörd mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Kelloqun təkcə Kiyevə deyil, həm də Roma və Parisə səfəri seçilmiş prezidentin inaqurasiyasından sonra rteallaşacaq.
Agentliyin mənbələri Avropaya səfərin təxirə salınmasının səbəblərini açıqlamayıb: "Nə Kellogg, nə də Ukraynanın Vaşinqtondakı səfirliyinin nümayəndəsi şərh tələblərinə cavab vermədi".