AZ

ABŞ-da McDonald's və Starbucks-ın daxil ola bilməyədi yeganə yer

ABŞ-ın Vermont ştatının paytaxtı Montpelier ölkədə McDonald's və Starbucks-ın olmadığı yeganə yerdir. Şəhər böyük şəbəkələr əvəzinə yerli biznesləri dəstəkləyərək yerli iqtisadiyyatın gücləndirilməsinə diqqət yetirir.

Marja xəbər verir ki, Montpelierdə "fast food" və ya qəhvə istəyən şəxs avtomobillə təxminən 12 dəqiqəlik məsafədə olan Barreyə getməlidir.

1995-ci ildə Ceff Jacobs adlı şəxs Montpelierdə McDonald's açmaq istəsə də, onun istəyi rədd edilib. Ərizəsinin rədd edilməsindən sonra Jacobs məsələni Vermont Ali Məhkəməsində qaldırıb, lakin iş uğursuz olub. O vaxtdan bəri, Montpelier böyük "fast food" şəbəkələrindən daha çox yerli biznesləri himayə etməyə üstünlük verir.

"Şəhərdə yerli olmağın bir həyat tərzi olduğunu" vurğulayan Montpelier, bu fəlsəfə ilə böyük şəbəkələr yerinə yerli müəssisələrin inkişaf etməsinə şərait yaradır.

Seçilən
10
marja.az

1Mənbələr