AZ

ABŞ-da H5N1 quş qripindən ilk ölüm qeydə alınıb

ABŞ-ın Luiziana ştatında H5N1 quş qripindən ilk ölüm halı qeydə alınıb.

Bu barədə Luiziana Səhiyyə Departamenti məlumat yayıb.

Qeyd olunur ki, xəstə quş qripi infeksiyası ilə xəstəxanaya yerləşdirildikdən sonra dünyasını dəyişib.

Şöbədən verilən məlumata görə, xəstənin yaşı 65-dən yuxarı olub və müşayiət olunan xəstəlikləri olub.

Onun ev və çöl quşları ilə təmasdan sonra qripə yoluxduğu məlum olub.

DOĞRU.AZ

Seçilən
33
dogru.az

1Mənbələr