Təxminən 21 aydır ordu ilə qarşıdurmada olan Çevik Dəstək Qüvvələri (HDK) Sudanın cənubundakı Ağ Nil əyalətində bir kəndə hücum təşkil edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində 25 nəfərin həyatını itirdiyi bildirilib.
Fəallardan ibarət \"Ortanın Çağrısı” adlı qeyri-hökumət təşkilatının verdiyi açıqlamada, HDK-nın \"qanlı qırğın” həyata keçirdiyi bildirilib.
Açıqlamada HDK-nın kəndə hücum etdiyi və birbaşa vətəndaşları hədəfə alaraq atəş açdığı, 25-dən çox insanın ölümünə, onlarla insanın yaralanmasına səbəb olduğu ifadə edilib.
Qeyd edək ki, Sudanda 2023-cü il aprelin 15-dən bəri ordu ilə bir vaxtlar ona bağlı olan Çevik Dəstək Qüvvələri (HDK) arasında hərbi islahatlar və inteqrasiya kimi məsələlərdə fikir ayrılıqları səbəbindən münaqişələr yaşanır.
Oksana