AZ

Tibetdə zəlzələ nəticəsində ölənlərin sayı 95-ə çatıb

Tibetdə zəlzələ nəticəsində ölənlərin sayı 95-ə çatıb

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Bölgəsində (TAR) baş verən zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.AFN.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Qeyd edilir ki, təbii fəlakət nəticəsində daha 130 nəfər yaralanıb. Bundan əvvəl Sinxua agentliyi azı 53 nəfərin öldüyünü, 62 nəfərin yaralandığını bildirmişdi.Seysmik aktivlik bir çox infrastruktur obyektlərinin dağılmasına səbəb olub. Hazırda hadisə yerində genişmiqyaslı axtarış-xilasetmə işləri aparılır. Təbii fəlakət zonasının ən təhlükəli bölgələrindən insanlar təxliyə edilib. Çin prezidenti Si Cinpin bu təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün maksimum səy göstərilməsi barədə göstəriş verib.

Seçilən
52
afn.az

1Mənbələr