Bakı. Trend:
Gürcüstanın baş naziri İrakli Kobaxidze Fransa prezidentiEmmanuel Makronu yalan danışmaqda ittiham edib.
Trend xəbər verirki, o, Fransa liderinin yanvarın 6-da verdiyi bəyanatı şərhedib.
“Qoy Fransa preizdenti məhv etmək üçün qurban verdikləriUkraynaya nəzər salsın. Mən real problem barədə danışıram. Yalanışərh edə bilməyəcəyəm. Mən bu gün hər kəsin qarşısında duranproblemi şərh edirəm – bu Ukraynanın məhv edilməsidir”, - Kobaxidzejurnalistlərə verdiyi açıqlamada söyləyib.
Qeyd edək ki, Makron Rusiyanın öz qonşuları ilə münasibətlərdə“daha da aqressivləşdiyini” bildirmişdi və buna misal kimiGürcüstanda 26 oktyabr 2024-cü ildə keçirilmiş parlamentseçkilərini göstərmişdi. Fransalı liderin sözlərinə görə, RusiyaGürcüstandakı seçki prosesini destabilləşdirməyə çalışıb.
Xatırladaq ki, Gürcüstanda parlament seçkilərin oktyabrın 26-dakeçirilib. Mərkəzi Seçki Komissiyasının yekun hesablamalarınaəsasən, hakim “Gürcüstan Arzusu - Demokratik Gürcüstan” partiyası53.93% səslə qalib gəlin və qanunverici orqanda 150 mandatdan 89-nuqazanıb.