İran administrasiyası etiraz aksiyalarında və rejim əleyhinə fəaliyyətlərdə ittiham olunan 54 siyasi məhbus üçün ölüm hökmü çıxarıb.
“Cebheinfo.az” xəbər verir ki, İran 54 siyasi məhbus üçün ölüm hökmünü təsdiqləyib.
Norveçdə yerləşən qeyri-hökumət təşkilatı olan İran İnsan Haqları Təşkilatının dərc etdiyi hesabata görə, müxtəlif bölgələrdəki məhkəmələrdə, xüsusən də Tehranın İnqilab və Cinayət Məhkəmələrində məhbuslar edam cəzasına məhkum edilib.
Tehran məhkəmələri tərəfindən ən azı 24 nəfər, Xozistan, Rəzəvi Xorasan, Qərbi Azərbaycan, Sistan və Bəlucistan və Kordestan əyalətlərinin məhkəmələri tərəfindən isə 20 nəfərə ölüm hökmü çıxarılıb.
Bildirilib ki, İran Ali Məhkəməsi tərəfindən təsdiq edilən bu hökmlər icra olunmaq üçün icra şöbəsinə verilib.
Norveçdə yerləşən qeyri-hökumət təşkilatı olan İran İnsan Haqları Təşkilatı 2024-cü ildə İranda 31 qadının edam edildiyini açıqlayıb.
Bundan başqa, İranda Məhsa Əmini etirazları ilə bağlı ölüm hökmlərinin sürətlə icrası ölkədə və beynəlxalq aləmdə tənqid hədəfinə çevrilib.
Xüsusən də edamların apellyasiya prosesləri başa çatmamış baş verməsi hüquqi təcrübənin pozulduğu reaksiyalarına səbəb olub.