Bakı. Trend:
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altındaavtomobil idarə edən sürücü həbs edilib.
Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumatyayıb.
Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol PolisiBölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "VAZ" markalınəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görəsürücü Elzamin Məmmədova “saxla” işarəsi verilib.
Araşdırma zamanı onun narkotik vasitə və spirtli içkinin təsirialtında, eyni zamanda sürücülük hüququ olmadan avtomobili idarəetdiyi aşkarlanıb.
E.Məmmədov barəsində protokol tərtib edilərək baxılması üçünrayon məhkəməsinə göndərilib. Onun sürücülük hüququ 8 ay müddətinəməhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.