Amerikalı müğənni və aktrisa Cennifer Lopez və aktyor Ben Afflek boşanma prosesini rəsmən başa çatdırıblar. AFN.az xəbər verir ki, bu barədə “People” jurnalı məhkəmə sənədlərinə istinadən məlumat yayıb.Məhkəmə qərarının aktrisanın boşanma ərizəsindən təxminən 20 həftə sonra verildiyi bildirilir.Nəşrin məlumatına görə, 2021-ci ildə romantikalarını yenidən alovlandıran məşhurlar 2022-ci ilin iyulunda Las-Veqasda özəl mərasimlə evləniblər. Daha sonra onlar Gürcüstanda dostları və ailəsi qarşısında toy mərasimi keçiriblər. Lopez bu hadisədən düz iki il sonra boşanma üçün müraciət edib, ayrılığa səbəb kimi barışmaz fikir ayrılıqlarını göstərib.Dekabrın sonunda boşanma prosesində olan Lopez və Afflekin Katolik Milad bayramı ərəfəsində Milad hədiyyələri mübadiləsi apardıqları bildirilmişdi. Keçmiş sevgililər Qərbi Hollivudda nahar zamanı birlikdə görüntüləniblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta