Zelenski: "Lukaşenko məndən üzr istədi" |
Yanvarın 6-da Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont Ukrayna lideri Vladimir Zelenskinin son qalmaqallı açıqlamasını şərh etmişdi. O, Lukaşenkonun 2022-ci ildə Ukrayna müharibəsinin ilk günlərində Zelenskidən üzr istəmədiyini bildirib. Eysmontun sözlərinə görə, Minskin üzr istəməsi üçün heç bir səbəb olmayıb.
Bununla belə, Belarus rəsmisi etiraf edib ki, münaqişənin ilk günlərində Minsk və Kiyev liderləri arasında danışıqlar olub.
Tural Tağıyev
AzVision.az