"Lecce"nin futbolçusu Patrik Dorqu "Mançester Yunayted"in hədəfinə çevrilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim cinah mövqelərini gücləndirmək istəyir və danimarkalını namizədlərdən biri kimi müəyyən edib.
"Transfermarkt"a görə Patrik Dorqunun dəyəri 20 milyon avrodur.