Hurriyyet.az xəbər verir ki, Gürcüstan Fransaya yeni seçkilər keçirilməsini məsləhət görüb.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Fransa hökumətini siyasi böhrandan çıxış yolu kimi ölkədə yeni seçkilər keçirməyə çağırıb.
Papuaşvili X şəbəkəsində yazıb: "Mən Fransanın daxili işlərinə qarışmağa hazırlaşmıram. Lakin fransızların 61%-nin Prezident Emmanuel Makronun istefasını dəstəklədikləri, 50%-nin isə Milli Assambleyanın buraxılmasını istədikləri nəzərə alınsa, yeni seçkilər siyasi böhrandan çıxış üçün yaxşı həll ola bilər".
Hürr Tərcüman