Şimali Koreya lideri Kim Çen İn ölkədə boşanmağı və hot-doq yeməyi qadağan edib.
7News.Az "Daily Mail”ə istinadən xəbər verir ki, Kim Çen İn hot-doqun qərb məhsulu olduğu üçün onu yeməyin vətənə xəyanətə bərabər olacağını qeyd edib.
Hot-doq yeyən və ya hazırlayan şəxslərin iş başında tutulduqları halda 6 ay müddətinə əmək düşərgəsinə göndəriləcəyi bildirilib.
Həmçinin boşanan cütlüklər də bir müddətlik məcburi əmək düşərgələrinə göndəriləcəklər.