Beynəlxalq diqqəti cəlb edən tanınmış Koreyalı diriijor Jong-hun Bae, ilk dəfə olaraq bizim
səhnədə çıxış edəcək.
Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti
ilə Maestronun təfsirində səslənəcək Azərbaycan və rus bəstəkarlarının yaratdığı qiymətli
əsərlər dinləyici qəlbini vəcdə gətirəcək. Qeyd etməliyik ki, yüksək musiqi mədəniyyətinə xas
olan Jong-hun Bae təkcə öz vətənində deyil, Asiya, Avropa və Şimali Amerikanın aparıcı
orkestrləri, o cümlədən Tokio Simfonik Orkestri, Sankt-Peterburq Dövlət Akademik Simfonik
Orkestri, Leypsiq Simfonik Orkestri, "Mixail Jora" adına Filarmoniyanın Simfonik Orkestri ilə
dünyanın ən yaxşı səhnələrində çıxışlar edərək böyük dirijorluq məharəti təqdim etmişdir. 6
fevral tarixində baş tutacaq bu konserti qaçırmayın.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az