Nepalda 7 bal gücündə güclü zəlzələ baş verib.
Editor.az bildirir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Mədən və Geologiya Departamentinin məlumatına görə, zəlzələ yanvarın 7-də saat 6:50-də baş verib.
Yeraltı təkanlar Nepalın əksər bölgələrində, xüsusən də ölkənin şərq və mərkəzi hissələrində hiss olunub. Hazırda dəyən ziyanla bağlı məlumat yoxdur.
//Samir Qurbanov, Editor.az