AZ

Tülay Hatimoğullarının "Hər yer Qəzzaya çevrilir" təhdidinə Baxçalıdan cavab: "Qurd qurdu uzaqdan tanıyar, bunlar kimdir ki?"

PKK lideri Öcalanın dəstəkçisi olan DEM Partiyanın həmsədri Tülay Hatimoğullarının "Ya ölkədə barışla bağl müsbət addımlar davam edərək Övalan azad olanacaq, ya da hər yer Qəzza olacaq" sözlərinə  MHP lideri Dövlət Baxçalı özünəməxsus sərt üslubla cavab verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, MHP-li deputatlarınqarşısında çıxış edən Baxçalı DEM-ın həmsədrini xəyal qurmaqda ittiham edib: "Bir missiya çərçivəsində hərəkət edirik deyənlər siyasətimizə zərrə qədər də olsa töhfə verə bilməzlər. Qurd qurdu uzaqdan tanıyır, amma biz bunları tanımırıq. Qurcunan qurcunsun. Terror bitəcək, qardaşlıq qalib gələcək, güclənəcək. Qəzza təhdidinə gəldikdə isə, Qəzza artıq içimizdədir, ürəyimizdədir. Əgər onlar dağıdılmış Qəzzanın bizə girəcəyini nəzərdə tutursa, qaranlıq cəbhələrin maşası olduqlarını göstərir..."

Firudin SƏFƏRLİ
MİA.AZ

Seçilən
54
1
mia.az

2Mənbələr