AZ

Mövqelərimizin atəşə tutulması Ermənistanın sülhə hazır olmadığını göstərir

Bakı. Trend:

Regionda dayanıqlı sülhün əldə olunması istiqamətindəaparılan danışıqlar həlledici mərhələyə daxil olsa da, rəsmi İrəvanmüəyyən bəhanə və iddialarla zaman qazanmağa çalışır. Ermənistanrəsmilərinin bir-birinə zidd açıqlamalar vermələri, danışıqlarıngedişində qeyri-ciddi, qəbuledilməz təkliflərlə çıxış etmələriqarşı tərəfin sülh prosesi ilə bağlı qətiyyətli qərarlar verəbilməməsinin bariz göstəricisidir.

Ermənistanın silahlı qüvvələrinin son günlərdə bir sıraistiqamətlərdə atəşkəsi pozması, mövqelərimizin atəşə tutulması,Azərbaycan istiqamətindən guya təhlükə gözləntisinin yaradılmasıcəhdləri rəsmi İrəvanın hərbi toqquşmaları tətikləmək, bununməsuliyyətini ölkəmizin üzərinə qoymaq niyyətindən xəbər verir.İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə bu cür hərbi-siyasitəxribata əl atan Ermənistan hər dəfə ciddi zərbələr alaraquğursuzluğa düçar olub. Buna baxmayaraq, son iki ildə silahlanmayaböyük həcmdə vəsait ayırması, revanşist addımları, şərti sərhədbölgəsində atəşkəsin tez-tez pozulması halları bu ölkənin yaxınzamanda sülh sazişi imzalamağa hazır olmadığını deməyə əsaslarverir. Son zamanlar Ermənistan daxilində Azərbaycanı müharibə iləhədələyən radikal-revanşist qüvvələrin fəallaşması, aqressivritorikanın ifrat həddə çatması, informasiya məkanında vəziyyətingərginləşməsinə xidmət edən feyk məlumatların sayının artması ciddisuallar doğurur.

Ermənistanın silahlanma prosesi ilə paralel şəkildə regiondaetimad quruculuğu prosesini zədələyən addımlarını davam etdirməsihaqlı olaraq rəsmi Bakının etirazları ilə qarşılanır. Prezidentİlham Əliyev 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüvə Yeni il münasibətilə xalqa ənənəvi müraciətində bununla bağlıdeyib: “Əgər bu il bizim üçün ən narahatedici məqamı qeydetsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç birməntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətindətamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cüillərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Bizdə buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Məndəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi iləapardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, butəhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə dəAzərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xariciölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, durabilməyəcək”.

Ermənistanın son iki ildə kütləvi silahlanması, Fransa,Hindistan, İran və Yunanıstandan yeni silah-sursat və hərbi texnikaalması sülh danışıqlarının da gedişinə mənfi təsir göstərir. Buistiqamətdəki destruktiv fəaliyyətini “pərdələmək” istəyən rəsmiİrəvan Azərbaycanı guya Ermənistanı “güclə təhdid edən vəərazilərini zəbt edən” ölkə kimi təqdim etməyə çalışır. 30 iləyaxın müddətdə ərazilərimizi işğalda saxlamış Ermənistanın hərbipotensialını gücləndirmək cəhdləri sülh və sabitliyə potensialtəhdid olaraq, bu ölkənin bölgədəki destruktiv fəaliyyətinistimullaşdırır. Eyni zamanda, rəsmi İrəvan silahlanma ritorikasıilə guya gələcəkdə nəyinsə dəyişəcə biləcəyi barədə erməniictimaiyyətində irreal təsəvvürlər formalaşdırmağa çalışır.

2024-ci ilin yekunlarına görə xarici dövlət borcu 11 milyarddollar təşkil edən Ermənistanın borclanma səviyyəsi ÜDM-in 70faizinə yüksəlib ki bu da fəlakətli hədd sayıla bilər. Belə birvəziyyətdə rəsmi İrəvan hərbi xərcləri 2024-cü ildə 47 faiz, bu ilüçün isə 20 faiz artırıb. Sülhdə maraqlı olduğunu iddia edən birölkənin aşkar militarizasiya siyasəti yürütməsi haqlı olaraq rəsmiBakını adekvat addımlar atmaq məcburiyyətində qoyur. Dövlət başçısıİlham Əliyevin xalqa yeni il müraciətində qeyd etdiyi kimi,silahlanma prosesində Ermənistanın Azərbaycanla rəqabət aparmaqimkanları yoxdur və İrəvanı buna təhrik edən dövlətlərin səyləriəbəsdir.

Genişmiqyaslı hərbi əməliyyatlardan ehtiyatlanan, buna hazırolmayan rəsmi İrəvan lokal hərbi təxribatlarla gərginliyi artırmağavə öhdəliklərinin icrasından yayınmağa çalışır. Ermənistanmediasının Azərbaycanın guya “hərbi müdaxilə üçün zəminhazırladığını” iddia etməsi isə ənənəvi riyakarlıqla beynəlxalqictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Üstəlik, qarşı tərəfinZəngəzur dəhlizi ilə bağlı öhdəliklərinə hələ də əməl etməməsi,Konstitusiyasında qonşu ölkələrə qarşı ərazi iddialarınınmövcudluğu, Avropa İttifaqının missiyası adı altında təşkilatınhərbi bazasını ərazisində yerləşdirməsi yekun sülh sazişininimzalanmasına qarşı yönəlmiş destruktiv addımlardır.

Ermənistan hakimiyyəti lokal hərbi toqquşmalar törətməklə, həmdə daxildəki radikal-revanşist qüvvələrin, xaricdəki ermənilobbisinin təzyiqlərini zərərsizləşdirməyə cəhd edir. Belə ki,həmin qüvvələr Ermənistan hakimiyyətinin yekun sülh sazişiniimzalamaq niyyətinə qarşı çıxır, Nikol Paşinyan hakimiyyətinisiyasi qətiyyətsizlikdə günahlandırırlar.

Ermənistan atəşkəsi pozmaqla, həm də 2025-ci ilin fevral ayındayekunlaşmalı olan Avropa İttifaqı missiyasının öz ərazisində qalmamüddətini uzatmaq, bunun zəruriliyinə dair saxta əsaslarformalaşdırmaq istəyir.

Bütün bunların fonunda Azərbaycanın müdafiə və hərbitəhlükəsizlik məsələlərini daim xüsusi diqqət mərkəzində saxlamasıgeosiyasi çağırışlarla şərtlənir. Proseslərin gedişi göstərir ki,hərbi güc amili Ermənistanla danışıqlar prosesində beynəlxalqhüquqa və ədalətə əsaslanan nəticələrin əldə edilməsi baxımından bugün də aktuallığını qoruyur. Rəsmi Bakı ölkəmizin Ermənistanüzərində təkcə diplomatik-siyasi deyil, hərbi üstünlüyünün dəqat-qat gücləndirilməsi, habelə sülh təşəbbüslərinə qarşı yönələnxarici təhdidlərin zərərsizləşdirilməsi istiqamətində adekvattədbirlər həyata keçirir.

MTM Analitik Qrup

Seçilən
13
az.trend.az

1Mənbələr