Ukraynanın milli birlik naziri Aleksey Çernışov diqqət çəkən açıqlamalar verib. O, telemarafonda çıxışı zamanı bildirib ki, hakimiyyət məcburi tədbirlər görmədən xaricə getmiş ukraynalıları geri qaytarmaq niyyətindədir.
"Bizim xaricdə 20-25 milyon insanımız var. Hesablamalarımıza görə, Ukraynada isə təxminən 32 milyon qalıb", - nazir deyib.
Onun sözlərinə görə, hakimiyyət artıq ukraynalıların evlərinə qaytarılması prosesinə başlayır.
“Bir şeyi mütləq qaydada deməliyəm ki, geri qaytarılma yalnız könüllüdür, heç bir məcburi tədbir olmayacaq”, -o, qeyd edib.
Lakin Kiyev rəsmisi bunun üçün konkret hansı addımların atılacağını açıqlamayıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural