Bakı. Trend:
İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətindəOman körfəzi sahilində “Məkran” İranın yeni paytaxtı olaraq irəlisürülən seçimlərdən biridir.
Trend-in məlumatına görə,bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu gün (7 yanvar)Tehranda mətbuat brifinqində deyib.
Onun sözlərinə görə, İran paytaxtının köçürülməsi üzrə şurafəaliyyət göstərir. Hər halda Məkran bölgəsində böyük potensiallarmövcuddur. Bu istiqamətdə ziyalılar, mühəndislər, ekoloqlar,iqtisadiyyatçılar və sairədən kömək almağa səy göstərilir. Lakinpaytaxtın köçürülməsi gündəmdə dərhal həyata keçirilməli olanməsələ deyil.
Mohacerani deyib ki, İran paytaxtının Tehrandan köçürülməsiməsələsi artıq 30 ildən çoxdur ki, irəli sürülür. Hər bir bölgəninbioloji potensialı inkişaf üçün nə qədər mümkün olduğunu göstərir.Tehran vilayəti haqda su kimi ekoloji baxımdan nigaranlıqlarmövcuddur.
Qeyd edək ki, İran paytaxtının Tehrandan köçürülməsi üzrə2015-ci ildə qanun təsdiqlənib. Bu qanun indiyədək icra olunmayıb.Son vaxtlar İran prezidenti Məsud Pezeşkian Yol və ŞəhərsalmaNazirliyinə paytaxtın Tehrandan köçürülməsi məqsədilə layihəninhazırlanması üçün tapşırıq verib.