AZ

Çin naringisi Türkiyəni Rusiya bazarından sıxışdırır

Yazını böyüt
Yazını kiçilt

1980-ci il hərbi çevrilişinin lideri Kənan Even 1982-ci ildə Çinə səfəri zamanı “Hər çinliyə bir portağal satsaq, zəngin olarıq” demiş və bu ifadəsi yaddaşlara həkk olunmuşdu. Türkiyə hər çinliyə portağal sata bilmirdi, amma son xəbərlərə görə, Çin Türkiyənin Rusiya bazarında naringi monopoliyasını qırmaq üçün ilk “qətiyyətli addımları” atıb.

Hafta.az-ın yazdığına görə, 2024-cü ildə Rusiya bazarında Çindən gələn naringilər Mərakeş məhsullarını əvəz etdi. Ancaq sitrus meyvələrinin tədarükündə lider ölkə hələ də Türkiyədir.

“Rusprodsoyuz”un açıqladığı məlumatlara görə, ümumilikdə 2024-cü ildə Rusiyaya 320 min tondan çox naringi idxal edilib. Bu məbləğin 126 min tonu Türkiyədən, 58 min tonu Cənubi Afrikadan, 52 min tonu Misirdən, 37 min tonu Çindən gəlib. Abxaziya siyahını 27 min ton idxalla tamamlayıb.

Rusiyaya naringi tədarük edən ölkələr arasında Mərakeş, Argentina, Pakistan və İsrail də var idi. Lakin Türkiyə və Mərakeşdən idxalın xeyli azaldığı müşahidə edilib. Çindən idxalın artması Mərakeşdən gələn naringilərin azalmasını böyük ölçüdə kompensasiya etdi.

Digər tərəfdən, Moskvada keçirilən “Asılı mandarinlər” adlı ianə kampaniyası ilə Yeni il ərəfəsində ehtiyacı olanlara 1,5 tondan çox sitrus meyvələri paylanıb.

Seçilən
24
hafta.az

1Mənbələr