Metroda gediş haqqının 55 qəpik olacağına dair məlumatlar yayılıb.
Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Milli.Az-a açıqlamasında bu məlumatın əsassız olduğunu deyib.
Onun sözlərinə görə, QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur:
"Bakı Metropoliteni" QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur. Həmçinin metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb".
Milli.Az