Fransa müxalifətinin lideri, Milli Birlik Partiyasının Rəhbəri Marin Le Penin də içərisində olduğu barja Fransanın Mayotte dəniz departamentinin sahillərində qəzaya uğrayıb.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, yanvarın 7-də göyərtəsində Marin Le Penin də olduğu barj Mayotte sahillərində qarşıdan gələn barja ilə toqquşub.
Qeyd olunur ki, toqquşma zamanı insanların əksəriyyəti müvazinətini itirərək suya düşüb. Üç nəfər bədən xəsarəti alıb və polis qayıqları ilə xəstaxanaya çatdırılıb.
Le Penin özü xəsarət almayıb və onu da polis gəmisi təxliyə edib, Fransa mediası qəzanın səbəblərinə dair araşdırmalar aparır.
ElcanMissiya.Az